Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
05-Yanvar-2019 551

Son günlər bir sıra kütləvi informasiya vasitələrində 2018-ci ilin dekabr ayının 27-də "Gömrük-Media" əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə Dövlət Gömrük Komitəsində keçirilən görüşdə Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin daxili bazarın qorunması istiqamətində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı fikirləri yanlış şərh olunur və komitənin fəaliyyəti şübhə altına alınır.

Belə ki, bəzi media qurumları, sosial şəbəkə istifadəçiləri çıxışdan yanlış sitatlar gətirməklə Komitəni və onun rəhbərliyini "Baku Steel Company" şirkətinin mənafelərini müdafiə etməkdə, digər sahibkarlarla müqayisədə onlara üstünlüklər təmin etməkdə günahlandırırlar.

Halbuki, görüşdə bu istiqamətdə yönləndirilən suala cavab olaraq Səfər Mehdiyevümumilikdə daxili bazarın qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib və armatur istehsalı ilə yanaşıdigər sahələrdə də görülən işlərdən danışıb.

Konkret olaraq Komitə sədri bunları söyləyib: "Qonşu ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazımqərarlar verilirİranda bu gün armaturun qiyməti 200 dollardır. Biz onu bəyan edirik 500 dollara, 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedirDaxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı "Baku Steel Company"dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq daxili istehsalçıları qoruya bilərik?!" Sitatdan da göründüyü kimi Komitə sədri "İSTEHSALÇILAR"dan bəhs edir və bir şirkətin adını misal olaraq çəkir. Daha sonra DGK sədri daxili bazarın qorunması istiqamətində quş və quş əti, kartof istehsalçıları ilə bağlı həyata keçirilən tədbirlərdən də danışır.

Lakin nədənsə bəzi media qurumları bilərəkdən və ya bilməyərəkdən hazırladıqları yazı və reportajlarda mövzudan yayınaraq komitənin fəaliyyətinə kölgə düşürən yanlış şərhlərə yol verirlər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi