8600 ədəd siqaret aşkar edildi
16-May-2019 267

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2108-01" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa oturacağının içərisində əvvəlcədən gömrük orqanına bəyan edilməyən 8600 ədəd "King" markalı siqaret, 2 ədəd üzərində "Redmi 7" və 1 ədəd üzərində "Samsung A50" yazılan telefon qutuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi