Avtomobildə siqaret, mobil telefon və aksesuarları aşkarlandı
19-İyun-2019 164

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin oturacaqlarının altında və sürət qutusunun üst hissəsində 3000 ədəd "King" markalı siqaret, 1 ədəd "Samsung Galaxy A30", 2 ədəd "Samsung Galaxy J2 Core", 1 ədəd "Xiaomi Redmi Note 7" markalı mobil telefonlar, 4 ədəd "qulaqlıq", 10 ədəd USB kabel və yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi