Avtomobildə 19800 ədəd müxtəlif markalı siqaretlər aşkarlandı
20-İyun-2019 183

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin kabinasında ön oturacaqların altında, kabinanın arxasında yanğın söndürmə balonu üçün nəzərdə tutulan yerdə, avtomobilin qoşqusunun arxa hissəsindəki hidravlik nasosun üst hissəsində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 19800 ədəd "Parliament Heets Yellow" və "Amber", "Purple Label" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi