Avtomobildə gizlədilmiş spirtli içkilər və siqaretlər aşkarlanıb
09-İyul-2019 204

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsininin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volkswagen Jetta" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq hava yastığının içərisində gizlədilmiş 1800 ədəd "King" markalı siqaret və yük yerində isə hər biri 1 litr olmaqla 13 ədəd üzərində "Nemiroff" yazısı olan spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi