Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində CARICC-in direktoru ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində CARICC-in direktoru ilə görüş keçirilib

Sentyabrın 5-də Dövlət Gömrük Komitəsində Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin direktoru Ataqeldi Yazlıyev ilə görüş keçirilib.

Görüşdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə işində Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (CARICC) fəaliyyətindən bəhs edilib, Azərbaycanın bu qurumun ən fəal üzvlərindən olduğu vurğulanıb.

Tərəflər arasında bütün sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğu vurğulanıb, qarşılıqlı əlaqalərin, təcrübə və məlumat mübadiləsinin daha da gücləndirilməsi, eyni zamanda CARICC-in narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan gömrük əməkdaşlarının potensialının gücləndirilməsi üçün təlimin keçirilməsi məsələləri müzakirə edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Sentyabr 2023 17:46
195