Bəyan edilməyən elektronika malları və mobil telefonlar aşkarlanıb
09-İyul-2019 338

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib.

Lakin yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 50 ədəd "SanDisk 8GB" markalı flaşkart, 5 ədəd portativ enerjiyığma cihazı, 3 ədəd plata, 2 ədəd yaddaş kartı və əynindəki gödəkçənin ciblərindən isə 4 ədəd "İphone" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi