Avtomobilin gizli saxlanc yerlərindən papiroslar aşkarlandı
05-Sentyabr-2019 261

Rusiya Federasiyası istiqamətindən  Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21113" markalı avtomobilə gömrük baxışı keçirilib.

Nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlardagömrük nəzarətindən gizlədilən 2500 ədəd "Belomorkanal"  markalı papiroslar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi