Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün növbəti imtahan keçirilib
06-Sentyabr-2019 529

Sentyabrın 6-da Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün daha bir imtahan keçirilib.

İmtahan prosesində Dövlət Gömrük Komitəsinin imtahan komissiyasının üzvü olan Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov bildirib ki, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Daha sonra 6-cı imtahana start verilib. İmtahanda 85 nəfər iştirak edib.

Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 600-ə qədər şəxs müraciət edib və bu məqsədlə hələlik 6 imtahan keçirilib. İndiyə qədər 186 nəfər imtahanlarda uğurlu nəticə əldə edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi