"Samur" gömrük postunun əməkdaşları üçün təlim keçirilir
10-Sentyabr-2019 386

Xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə növbəti təlim Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun əməkdaşları üçün təşkil edilib.

Təlimin keçirilməsində əsas məqsəd gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması istiqamətində gömrükçülərə zəruri biliklərin verilməsidir.

"Samur" gömrük postunda keçirilən təlim 1 həftə davam edəcək. Bundan öncəki təlim Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun əməkdaşları üçün keçirilib.

Qeyd edək ki, peşəkar psixoloq və mütəxəssislər tərəfindən keçirilən təlimlərə avqustun 19-dan start verilib. Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşının cəlb olunması nəzərdə tutulub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi