Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib
21-Sentyabr-2019 3964

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün 7-ci imtahan keçirilib.

İmtahan prosesinə Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri nəzarət edib.

İmtahanda iştirak edən 55 nəfər öz bilik və bacarığını sınaqdan keçirib. Bu günədək Dövlət Gömrük Komitəsinə müraciət edənlərdən 535 nəfəri imtahanlarda iştirak edib, namizədlərdən 229-u isə yüksək nəticələr qazanıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi sözügedən imtahanları gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə həyata keçirir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi