Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük Akademiyasının tələbələri beynəlxalq sertifikatlara layiq görülüblər

Gömrük Akademiyasının tələbələri beynəlxalq sertifikatlara layiq görülüblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri növbəti dəfə İT sahəsi üzrə beynəlxalq sertifikatlara layiq görülüblər. Belə ki, Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri Tunal Həsənov dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatı olan Beynelxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumunun (ISC)² kibertəhlükəsizlik üzrə imtahanını, Samir Hüseynov RHCSA (Red Hat Certified System Administrator) və Rəşad Rəsulov CompTIA Security + və  Ewpt (Web Application Penetration Tester) imtahanlarını uğurla keçərək beynəlxalq sertifikatlara layiq görülüblər.

Qeyd edək ki, Beynəlxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumu (ISC)2 aparıcı qeyri-kommersiya təşkilatıdır. Konsorsiumun məqsədi bütün dünya ölkələri mütəxəssislərinin informasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırılmasıdır. Red Hat Certified System Administrator (RHCSA) isə – Linux / Unix istifadəçilərinə yönəlmiş bir sertifikatdır. RHCSA statusu, Red Hat Enterprise Linux iş stansiyalarını mövcud şəbəkə mühitinə qurmaq, konfiqurasiya etmək və bağlamaq üçün tələb olunan bilik və bacarıqlara sahib olmanı göstərir.

18 Yanvar 2024 09:46
195