Gömrük Tarixi Muzeyi Beynəlxalq Muzeylər Şurası ilə səmərəli əməkdaşlıq edir
19-Oktyabr-2019 232

Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin növbəti plenar iclası keçirilib. İclasda ölkəmizdəki müzeylərin, o cümlədən Gömrük Tarixi Muzeyinin rəhbərləri və əməkdaşları iştirak edib.

Məlumat üçün bildirək ki, Gömrük Tarixi Muzeyi 2008-ci ildən Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının, 2013-cü ildən isə Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür. Muzeyin əsas fəaliyyət istiqaməti gömrük orqanları tərəfindən müsadirə edilmiş mədəniyyət və tarixi incəsənət əsərlərinin qorunub saxlanılması, nümayiş etdirilməsidir.

Qeyd edək ki, Gömrük Tarixi Muzeyinin ICOM Azərbaycan Milli Komitəsi ilə səmərəli, fəal əməkdaşlığını və muzeyin fəaliyyətini nəzərə alaraq, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin növbəti plenar iclasında "Azterminalkompleks" Birliyinin direktoru Ehtiram Xəlilov ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinin üzvü seçilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi