Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Media nümayəndələri üçün Lənkəranda təşkil edilən təlim başa çatıb

Media nümayəndələri üçün Lənkəranda təşkil edilən təlim başa çatıb

Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün Lənkəran şəhərində təşkil etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda üçgünlük təlim noyabrın 30-da başa çatıb.

Təlimin sonuncu iş günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, təlim jurnalistlərin gömrük işinin təşkili sahəsində biliklərinin artırılmasında, gömrük-media münasibətlərinin səmərəli şəkildə qurulmasında əhəmiyyətli rola malikdir. İdarə rəisi daha sonra təlim müddətində aktiv iştirak etdikləri üçün jurnalistlərə təşəkkürünü bildirib və gömrük-media əməkdaşlığının bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Təlimin sonunda əldə edilən biliklərin qiymətləndirilməsi aparılıb və fərqlənən jurnalistlər mükafatlandırılıb. Təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Noyabr 2019 00:00
195