Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitə aşkarlanıb

Narkotik vasitə aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra üzərində şəxsi yoxlama aparılması üçün vətəndaş giriş nəqliyyat xəttindəki otağa dəvət olunub. Bu zaman o, sənəd götürmək bəhanəsi ilə geri qayıdaraq avtomobilinin ön sərnişin qapısından içəri kağız parçası atıb.

Bu səbəbdən də nəqliyyat vasitəsinə təkrar gömrük baxışı keçirilib. Nəticədə ön oturacaqların arasında - əl əyləcinin yanından 1 ədəd kağız bükümdə təqribi çəkisi 2 qram olan kəskin iyli narkotik vasitə - marixuana bitkisi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Dekabr 2019 00:00
195