Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkar edildi

Avtomobildə gizlədilən pirotexniki vasitələr aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz 350" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, oturacağın arxa hissəsində və yük yerində gömrük nəzarətindən gizlədilmiş üzərində "Cracker K020" yazısı olan 105600 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Dekabr 2019 00:00
195