Şimal Ərazi Baş Gömrük İdarəsi də ağacəkmə kampaniyasına qoşuldu
10-Dekabr-2019 552

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ölkəmizdə 650 min ağacın əkilməsi kampaniyasına Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin kollektivi də qoşulub.

"Təbiətə öz töhfəni ver" devizi altında keçirilən genişmiqyaslı kampaniyada Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları böyük həvəslə iştirak ediblər. Aksiya çərçivəsində Bakı-Xaçmaz avtomobil yolunun kənarında və ətraf ərazilərdə xeyli sayda küknar və şam ağacları əkilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi