Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə spirtli içki və oyun konsolları aşkarlanıb

Avtomobildə spirtli içki və oyun konsolları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Lincoln Mercury" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və risk profillərinin qiymətləndirilməsinə əsasən "Qırmızı kanal"a yönləndirilib.

O, şifahi sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı baqaj hissəsində - döşəmə ilə benzin çəninin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən hər biri 1 litrlik şüşə qablaşdırmada üzərində "Nemiroff Original" yazılan 16 ədəd spirtli içki və 3 qutu "Sony PS4" oyun konsolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Dekabr 2019 00:00
195