Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün 14-cü imtahan keçirilib.

İmtahan prosesinə Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri nəzarət edib.

İmtahanda iştirak edən 47 nəfər öz bilik və bacarığını sınaqdan keçirib. Bu günədək Dövlət Gömrük Komitəsinə müraciət edənlərdən 398-i isə yüksək nəticələr qazanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Dekabr 2019 00:00
195