Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonları gizlədərək keçirmək istədi

Mobil telefonları gizlədərək keçirmək istədi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol boşluqlarında 1 ədəd "iPhone XS Cold 64 GB", 1 ədəd "iPhone XS Space Gray 64 GB", 1 ədəd "iPhone 11 Purple 64 GB", 4 ədəd "iPhone 11 Pro Max Midnight Green 256 GB" və 1 ədəd "iPhone 11 Pro Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Dekabr 2019 00:00
195