Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitə və psixotrop maddəni ayaqqabısında keçirməyə cəhd etdi

Narkotik vasitə və psixotrop maddəni ayaqqabısında keçirməyə cəhd etdi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı şübhəli hərəkətlərinə görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının tərliklərinin altından 1 ədəd bağlamada ümumi çəkisi 18 qram olan narkotik vasitə - heroin, 2 ədəd bağlamada isə 126 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Dekabr 2019 00:00
195