Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Müxtəlif markalı mobil telefonlar aşkarlanıb

Müxtəlif markalı mobil telefonlar aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Mercedes Benz Vito" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama nəticəsində nəqliyyat vasitəsinin qabaq sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd "Oppo A 1k", 1 ədəd "Samsung Galaxy J 7", 1 ədəd "MDC M5" markalı, ön panelin altındakı əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən 1 ədəd "Samsung Galaxy J2", 1 ədəd "Xiaomi Redmi 6A" markalı, rentgen qurğusundan keçən əl yüklərində isə gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A10" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Dekabr 2019 00:00
195