Siqaretlər və pirotexniki vasitələr aşkarlandı
28-Dekabr-2019 154

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "QAZ-3110" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən 330 qutu üzərində "Petards" yazılan pirotexniki vasitə, torpedonun içərisində isə 2200 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi