Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitə-heroin və psixotrop maddə aşkarlanıb

Narkotik vasitə-heroin və psixotrop maddə aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşların birinin üzərindən gömrük nəzarətindən gizlədilən, 3 ədəd sellofan bükümdə, ümumilikdəçəkisi 31 qram təşkil edən narkotik vasitə-heroin, 1 bükümdə isə çəkisi 6 qram təşkil edən ağ rəngli, kristal formada, psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 Dekabr 2019 00:00
195