Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Papiroslar və tibbi ləvazimatlar aşkarlandı

Papiroslar və tibbi ləvazimatlar aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mitsubishi L 200", "QAZ-3110" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən və vətəndaşlardan birinə məxsus idman çantasının içərisindən gömrük nəzarətindən gizlədilən 1536 ədəd "Belomorkanal" və "Boqatıri" adlı papiroslar, 15 adda 3506 ədəd tibbi-stomatoloji ləvazimatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Yanvar 2020 00:00
195