Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonlar aşkarlanıb

Mobil telefonlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21074" markalı minik nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı onun idarə etdiyi avtomobilin salonunda gizlədilən 3 ədəd "Apple iPhone 11", vətəndaşın üzərindən isə 1 ədəd "Apple iPhone 11 Pro" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Fevral 2020 00:00
195