Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Siqareti avtomobilin yük yerində gizlətdi

Siqareti avtomobilin yük yerində gizlətdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Travego 17 SHD " markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilən 400 ədəd "Marlboro edge", 400 ədəd "Parliament" və 6600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Fevral 2020 00:00
195