Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobillərdə xeyli miqdarda siqaret aşkarlandı

Avtomobillərdə xeyli miqdarda siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 17200 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "Vaz- 21013", "Mercedes Benz 190" və "Opel Vectra" markalı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 10000 ədəd "King", 7200 ədəd "De Santis" markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Fevral 2020 00:00
195