Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşlarının ixtisasartırma təlimlərinin növbəti qiymətləndirilmə mərhələsi keçirilib

Gömrük əməkdaşlarının ixtisasartırma təlimlərinin növbəti qiymətləndirilmə mərhələsi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin 60 nəfərlik növbəti qrupunun biliklərinin yekun qiymətləndirilməsi keçirilib.

Təlimlərin dinləyiciləri ilə görüşən Akademiyanın rəisi Qulu Novruzov etik davranış, ünsiyyətin, emosiyaların idarə olunmasının gömrük xidməti əməkdaşları üçün vacibliyini vurğulayıb, əməkdaşların peşəkar inkişafı ilə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu bildirib.

Akademiya rəisi təlimlər zamanı təqdim olunan proqramın məzmununda gömrük xidməti əməkdaşlarına zəruri olan biliklərlə yanaşı, etik davranış qaydalarına da hər zaman diqqət yetirildiyini, bu istiqamətdə fərqli modulların hazırlandığını qeyd edib.

Qulu Novruzov dinləyicilərin təlimlərdə yiyələndikləri bilikləri gələcək fəaliyyətlərində tətbiq edəcəklərinə əmin olduğunu diqqətə çatdırıb.

Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

15 Fevral 2020 00:00
195