Gömrükçülər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər
26-Fevral-2020 456

Fevralın 26-da Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğının acı nəticələri barədə danışıb. Bildirilib ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir.

Anım tədbirində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsi və qətiyyəti nəticəsində bu faciənin dünya arenasında layiqincə qiymətləndirilməsi üçün zəruri bünövrənin qoyulduğu və daha sonra "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində məqsədyönlü və əsaslı tədbirlərin görüldüyü bildirilib.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər bir azərbaycanlının istər ölkə hüdudlarında, istərsə də xaricdə uğurlu fəaliyyətinin önəmi qeyd edilib və ədalətin zəfər çalacağı vurğulanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi