Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xeyli miqdarda siqaretin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Xeyli miqdarda siqaretin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 13-də Gürcüstandan idarə etdiyi "VAZ-2109" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan əvvəl vətəndaş idarə etdiyi avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcək hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 5800 ədəd "KING" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Mart 2020 00:00
195