Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçülərdən daha 100 aztəminatlı ailəyə yardım (FOTO, VİDEO)

Gömrükçülərdən daha 100 aztəminatlı ailəyə yardım (FOTO, VİDEO)

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində daha 100 ailəyə dəstək göstəriblər.

 

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Aprel 2020 00:00
195