Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Ərzaq məhsulları" adı altında bəyan etdiyi qutudan dərman preparatları çıxdı

"Ərzaq məhsulları" adı altında bəyan etdiyi qutudan dərman preparatları çıxdı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo FH 12 380" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sağ oturacağın önündə olan və sürücünün "ərzaq məhsulları" kimi bəyan etdiyi 1 ədəd qutuda - 24 konvalyut olmaqla cəmi 240 ədəd "Midantan amantadin 100 mq", 40 konvalyut olmaqla cəmi 400 ədəd "Dobrokam Bromkamfora 250 mq", 199 konvalyut olmaqla cəmi 398 ədəd "Dekaris 50 mq", 250 ədəd plastik qabda olmaqla cəmi 25000 ədəd "İzoniazid 300 mq" markalı dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Aprel 2020 00:00
195