Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib.

Könüllü gömrükçülərin iştirakı ilə 120-dən çox ailəyə baş çəkilib, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

27 Aprel 2020 00:00
195