Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Siqaretləri gizlədərək keçirmək istədilər

Siqaretləri gizlədərək keçirmək istədilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə 13 000 ədəd "Marlboro" markalı siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.Baxış zamanı yük avtomobillərinin gizli saxlanc yerlərindən 13000 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb

 

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 May 2020 00:00
195