Tibbi ləvazimatlar və dərman preparatları aşkarlandı
18-May-2020 363
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda 3 ədəd tibbi avadanlıq, 120 ədəd dərman və 110 ədəd tibbi ləvazimat aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi