Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində gizlədilən siqaretlər və kosmetik vasitələr aşkarlandı

Yük avtomobillərində gizlədilən siqaretlər və kosmetik vasitələr aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli miqdarda siqaret, kosmetik vasitə və ləvazimatların bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "IVECO" və "Mercedes Benz " markalı yük avtomobilləri saxlanılıb, gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı, avtomobillərin gizli saxlanc yerlərində 4200 ədəd "Marlboro Touch" markalı siqaretlər, 21 ədəd müxtəlif markalı kosmetik vasitələr və ləvazimatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 İyun 2020 00:00
195