Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlandı

Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində olan oturacağın və yataq yerinin altında gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd "iPhone 11 64 GB" markalı mobil telefon, kabinənin ön panelinin alt hissəsindəki boşluqda isə gömrük nəzarətindən gizlədilən 2500 kapsul dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 İyun 2020 00:00
195