Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə keçirmə cəhdinin qarşısı alınıb

Dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə keçirmə cəhdinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Actros" markalı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.Bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin salonunda oturacaqların altında və mühərrikində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 25 adda 6953 ədəd həb, 325 ədəd kapsul, 4 ədəd şüşə, 2 ədəd plastik qablaşdırmada olan dərman preparatları və 16 qutu tibbi ləvazimat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

23 İyun 2020 00:00
195