Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mobil telefonlar aşkarlandı

Mobil telefonlar aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirlməsinin qarşısını alıblar.Belə ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdikləri "MAN" və "DAF" markalı yük avtomobilləri ilə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində aksesuarları ilə birlikdə 1 ədəd " İPhone 11 64 GB", 1 ədəd " İPhone 11 Pro Max 64 GB" və 1 ədəd " Samsung Galaxy Fold 5G 512 GB" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 İyun 2020 00:00
195