Yük avtomobilində siqaret və spirtli içkilər aşkar edildi
03-İyul-2020 252

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları spirtli içki və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən " Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi " Volvo" markalı yük avtomobili saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 6000 ədəd " Parliament Heets" markalı siqaret və gömrük nəzarətinə bəyan olunmayan 16 ədəd 0,7 litrlik " Beluga Noble" markalı spirtli içki aşkar edilib.

 Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr idarəsi