Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobillərin gizli saxlanc yerlərindən siqaretlər aşkarlandı

Avtomobillərin gizli saxlanc yerlərindən siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əssasında siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "DAF" və "Mercedes-Benz" markalı yük avtomobilləri saxlanılıb, gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 3000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 İyul 2020 00:00
195