Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində xeyli miqdarda siqaretlər aşkar edilib

Yük avtomobillərində xeyli miqdarda siqaretlər aşkar edilib

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları on fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin "Qırmızı Körpü" gömrük postunda yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 21200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 İyul 2020 00:00
195