Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükdən gizlədilən dərman preparatları aşkar edildi

Gömrükdən gizlədilən dərman preparatları aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

 

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "Scania" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 17400 həb və 20 ədəd 20 milli qramlıq şüşə qabda dərman preparatları, eləcə də 9100 ədəd şam aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 Avqust 2020 00:00
195