Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində tibbi ləvazimatlar və mobil telefonlar aşkarlandı

Yük avtomobillərində tibbi ləvazimatlar və mobil telefonlar aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə tibbi ləvazimatlar və mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Man" və "Volvo" markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən müxtəlif adda 29 ədəd inyeksiya vasitəsi və 5 ədəd aksesuarları ilə birlikdə "OnePlus 7 Pro 256 GB" markalı mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Avqust 2020 00:00
195