Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avmobillərdə gizlədilən siqaretlər, kosmetik vasitələr və ehtiyat hissələri aşkar edildi

Avmobillərdə gizlədilən siqaretlər, kosmetik vasitələr və ehtiyat hissələri aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə avtomobil ehtiyat hissələrinin, siqaretlərin, müxtəlif mənşəli yağların, pəhriz çayları, həmçinin kosmetik vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd "DAF" və "Mercedes Benz Actros" markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 1020 ədəd pəhriz çayları, 45 ədəd kosmetik vasitə, 14 ədəd müxtəlif adda yağ, həmçinin 400 ədəd "Marlboro" markalı siqaret və 14 ədəd avtomobil ehtiyat hissələri aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Sentyabr 2020 00:00
195