Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində siqaretlər aşkarlandı

Yük avtomobillərində siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn 2 ədəd "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4600 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Sentyabr 2020 00:00
195