Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman preparatları, mobil telefonlar və kosmetik vasitələr aşkar edilib

Dərman preparatları, mobil telefonlar və kosmetik vasitələr aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.Baxış zamanı avtomobilin salonunda əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük orqanlarına bəyan edilməyən 6 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları, müxtəlif adda 258 ədəd həb, 93 kapsul, 5 ampul, 2 flakon və bir ədəd maz olmaqla dərman preparatları, həmçinin 44 ədəd qarışıq kosmetik məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Sentyabr 2020 00:00
195