Dövlət Gömrük Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
06-Oktyabr-2020 1308

Dövlət Gömrük Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əmək haqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Dövlət Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!

Qarabağ Azərbaycandır!

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi