Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Siqaretləri gizlədərək keçirməyə cəhd etdilər

Siqaretləri gizlədərək keçirməyə cəhd etdilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 8 fakt üzrə 11 360 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Gürcüstandan gələn "Mercedes Benz", "DAF" və "İveco" markalı yük avtomobilləri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, baxış zamanı yük avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 11 360 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 Yanvar 2021 00:00
195